11.04.2021

Трудоустройство

Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi

Рейтинг: 5 / 5

Звезда активнаЗвезда активнаЗвезда активнаЗвезда активнаЗвезда активна
 

Maddə 28.Əlilliyi olan şəxslərin əmək hüququnun həyata keçirilməsi

28.1.“Əmək münasibətlərində işçilərin əlilliyinə görə hər-hansı ayrı-seçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırlması qəti qadağandır. 

28.2.Əlilliyi olan şəxsin (uşağın)  səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən  əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, işdən azad edilməsinə və öz razılığı olmadan başqa işə keçirilməsinə yol verilmir.

28.3.İşçilərin sayı və ya ştatı ixtisar edilərkən, ixtisas dərəcəsi eyni olduqda, həmin müəssisədə, idarədə, təşkilatda istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxsin (uşağın) işdə saxlanmaq üçün üstünlük hüququ vardır. 

28.4.Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq  reabilitasiya müəssisələrində olan əlilliyi olan şəxslərlə (uşaqlarala) əmək müqaviləsinin (kontraktının) işəgötürənin təşəbbüsü ilə xitam edilməsinə yol verilmir. 

 

Maddə 29. Əlilliyi olan şəxslərin məşğulluğun təmin edilməsi

29.1.Müvafiq icra hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar peşə əmək qabiliyyətini nəzərə alaraq əlilliyi olan şəxslərin (uşaqların)  əməyi üçün xüsusi proqramlar üzrə təlim təşkil etməklə məşğulluq sahəsində təminat verirlər.

29.2.Müəssisə, idarə və təşkilatlarda əlilliyi olan şəxslər (uşaqlar) üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada kvota müəyyən edilir. 

29.3.Yaradılmış və kvota müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslərin(uşaqların) işə göndərilməsi dövlət məşğulluq xidmətinin yerli orqanları tərəfindən həyata keçirilir.

29.4. İşə düzəlmək üçün əlilliyi olan şəxslərə (uşaqlara) verilmiş göndəriş mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq bütün müəssisə və təşkilatlar tərəfindən qəbul edilməlidir.

29.5. Əlillliyi olan şəxslərin (uşaqların) işə düzəlməsi üçün nəzərdə tutulan kvotanı təmin etməyən və ya onları işə düzəltməkdən boyun qaçıran müəssisələr, idarələr və təşkilatlar, mülkiyyət  və təşkilati hüquqi formasından asılı olmayaraq, Dövlət Sosial Müdafiə Fonduna əlilliyi olan şəxsləri işlə təmin etmədikləri aylar üzrə hər iş yeri üçün aylıq əmək haqqı fondu məbləğində vəsait köçürürlər.

 

Maddə 30. İşəgötürənlərin əlilliyi olan şəxsləri işə düzəltmək vəzifəsi

30.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr, idarələr və təşkilatlar, o cümlədən fərdi sahibkarlar həmin istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, bunun nəticəsində əlilliyi olan şəxs (uşaq) sayılmış işçilərin işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar.

30.2. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, göstərilən tələbi yerinə yetirməyən müəssisə, idarə, təşkilat və fərdi sahibkarlar onlar bu işçi ilə əmək müqaviləsini (kontraktı) ləğv edərkən Dövlət Sosial Müdafiə Fonduna respublika üzrə orta aylıq əmək haqqının 5 misli məbləğində vəsait köçürməlidirlər.

 

Maddə 31.Əlilliyi olan şəxslərin əməyini tətbiq edən müəssisələr üçün

                   üstünlüklər və güzəştlər

31.1. Əlilliyi olan şəxslərin (uşaqların) əməyini tətbiq və təmin edən müəssisə, idarə və təşkilatlardan vergi tutulmasının, onların maliyyələşdirilməsinin və maddi-texniki təminatının qaydası və şərtləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

31.2.Əlilliyi olan şəxslərin reabilitasiyası üçün nəzərdə tutulan müəssisələrin məhsulları (texniki vasitələr və qurğular) dövlət sifarişinə daxildir və həmin müəssisələr maddi-texniki ehtiyatlarla birinci növbədə təmin edilirlər.

 

Maddə 32.Əlilliyi olan şəxslərin əmək şəraiti

32.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda əlilliyi olan şəxslər üçün sağlam, təhlükəsiz və fərdi reabilitasiya proqramına uyğun əmək şəraiti təmin edilir, əmək qabiliyyətinin bərpa olunması, iş yerində əlilliyinin qarşısının alınması üçün tədbirlər həyata keçirilir.

32.2. Əlilliyi olan işçilərin əməyinin tətbiqi, əmək şəraitinin xüsusiyyətləri, əmək haqqı, iş və istirahət vaxtı, əsas və əlavə məzuniyyətlərin müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

32.4.İstehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində I və II qrup əlilliyi olan şəxslərin (uşaqların)  işləmədiyi müddət onların sığorta stajına daxil edilir. 

 

Maddə 33.Əlilliyi olan şəxslərin fərdi əməyi və sahibkarlıq fəaliyyəti

33.1.Müvafiq icra hakimiyyəti orqanları əlilliyi olan şəxslərin (uşaqların)  fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olması, evdə əməyin təşkili üçün lazımı şərait yaradır, onların ədalətli və əlverişli əmək şəraitinə dair hüquqlarının digər şəxslərlə bərabər qorunmasına zəmanət verirlər.

33.2.Onlar əlilliyi olan şəxslərin (uşaqların) iqtisadi fəaliyyətlərinin genişləndirilməsi məqsədilə güzəştli kreditlər, ssudalar və digər stimullaşdırıcı tədbirlər həyata keçirirlər.

 

 

 Sam Hubbard Authentic Jersey

«Создание сайта стало возможным благодаря помощи американского народа, оказанной через Агентство США по международному развитию (USAID). Содержание является ответственностью авторов и необязательно отражает позицию USAID или Правительства США».

 

Контакты

Республика Казахстан

Алматинская область

Енбекшиказахский район

поселок Шелек

улица Нургазина дом 150 - 4